Xəbərlər
Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Prezident İlham Əliyev mayın 8-də mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, yeddi nəfərə mədəniyyətin və elmin inkişafındakı xidmətlərinə görə Prezidentin fərdi təqaüdü veriləcək.