YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Vyetnam siyasi dialoqu: davamlı inkişaf xətti

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə olacaq. Səfərin nəticələri, uğurlu olacağı, əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyinə də əminlik mövcuddur. Bu mənada iki ölkə arasında imzalanmış sənədlər münasibətləri yeni müstəviyə yüksəldəcək.

Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilən səmimi görüşlər, aparılan müzakirələr də əlaqələrin xarakterini nümayiş etdirir: “İki ölkə liderinin mətbuata vermiş olduğu birgə bəyanatlarda da bu məqamlar öz əksini tapıb. Bu xüsusda Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat olduqca önəmlidir. Ölkəmizin başçısının da vurğuladığı kimi bu çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qalxmasına xidmət edəcək addımdır. Artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də vacib rol oynayacaq. Eyni zamanda iki ölkə arasında imzalanmış bir çox istiqamətlər üzrə sənədlər qarşılıqlı əməkdaşlıq təsirli rola malikdir”.

Deputat Azərbaycanla Vyetnan arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialının olduğuna diqqət çəkib: “Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlığı daha da genişləndirmək mümkün olacaq. Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri bu səfər çərçivəsində müzakirə olunan mövzular sırasında yer alıb. Həmçinin Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi də əməkdaşlığı daha da sürətləndirəcək. Eyni zamanda ənənəvi enerji layihələri ilə yanaşı iki ölkə arasında bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı da fikir mübadiləsi aparılıb”.

Təftiş Komissiyasının sədri vurğulayıb ki, Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində çox böyük perspektivlərin olduğu qeyd edilib: “Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Bütün bunlarla yanaşı iki ölkə hər zaman beynəlxalq təşkilatlarda birgə fəaliyyətə üstünülük verib. Vyetnamın bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi şəkildə dəstəkləməsi xüsusilə qeyd olunmalıdır. Eyni zamanda ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Azərbaycan Qoşulmama Hərəkatına 4 illik uğurlu sədrliyi fonunda bu təsisat dünyada sanballı quruma çevrilib. Ölkəmizin başçısı mətbuata vermiş olduğu bəyanatında da bu məqamlara bir daha toxundu”.

Sevinc Hüseynova Azərbaycan-Vyetnam münasibətlərində artıq yeni bir səhifənin açıldığını söyləyib: “Bu səfər iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişafına zəmin yaradacaq. Sözsüz ki, hər iki dövlətin tutmuş olduğu mövqe onların milli maraqlarına xidmət edir. Bu mənada Azərbaycan Prezidenti ilə Vyetnamın baş katibi arasında aparılan müzakirələrdə beynəlxalq hüququn aliliyi, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı amili bir daha bəyan edilib”.

DİGƏR Xəbərlər Arxiv