YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İki dost və tərəfdaş ölkə

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir. Dost və  strateji tərəfdaş olan  ölkələrimizin mövqeləri bir çox məsələlər üzrə üst-üstə düşür. Ölkələrimiz arasında bir çox oxşarlıqlar var. Hər iki ölkənin əhali  sayının təxminən eyni olması, ərazi sahəsininin də demək olar bir-birinə çox yaxın olması əsas oxşarlıqlardandır. Macarıstan da Azərbaycan kimi açıq dənizlərə çıxışı olmayan ölkədir. Ümumiyyətlə, ölkələrimizin geosiyasi oxşarlıqları qarşılıqlı anlaşma üçün gözəl zəmin yaradır.

Mayın 20-də Prezident İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanatında Azərbaycan həqiqətlərinə diqqət çəkər bildirdi ki, ölkəmiz dörd il yarım əvvəl öz ərazisində müharibə apararaq Ermənistanın 30 illik işğalına son qoydu. 44 gün ərzində Azərbaycan ordusu hər gün biz irəliyə gedir, bir addım geri atmırdı. Azərbaycan ordusunda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Azərbaycan da bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdi və 2023-cü ildə öz suverenliyini tam bərpa etdi.

Ölkə başçı mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı  danışarkən onu bildirdi ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da Azərbaycan tərəfi olub. Sülh müqaviləsinin mətninin müəllifi də Azərbaycan dövlətidir və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə ölkəmizin təklif etdiyi məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Sülh müqaviləsinin bağlanmasına gəldikdə isə burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, Azərbaycanın bu iki şərtini qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar Azərbaycanın təklifilə razılaşmağa məcbur olacaqlar.

Prezident İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanatında ölkələrimiz arasında ikitərəfli gündəliyin kifayət qədər geniş olduğunu bildirdi. Ölkələrimiz energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir.

Gələn ilin əvvəlində imzalanacaq növbəti müqaviləyə əsasən Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Ölkəmiz eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyir. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Ümumiyyətlə, Azərbaycan və Macarıstan bütün başqa məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərir.