YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə 28 May - Müstəqillik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Gədəbəy Peşə Liseyi ərazi partiya təşkilatında 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdiyini deyib. Bildirilib ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

R.Nağıyev onu da vurğulayıb ki, Azərbaycan Demokratik Respublikasınin varisi kimi Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi. Lakin ölkəmiz yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə Ümummilli Lider Heydər Əliyev çətin dönəmdə xalqın gücünə arxalanaraq Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı. Azərbaycan inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladı. 

Partiya fəalları çıxışlarında Azərbaycanın Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyini, qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini söyləyiblər. Qeyd olunub ki, bu gün dövlətimiz ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.