YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldova Respublikasının Prezidenti Maya Sandu və Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Sizi Avropa Siyasi Birliyinin Tiranada keçirilən Zirvə toplantısı zamanı görməkdən çox məmnun oldum.

Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və mən ikitərəfli dialoqumuzun möhkəmləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirəm.

Əminəm ki, birgə səylərimizlə biz vətəndaşlarımızın qarşılıqlı rifahı naminə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi əsas sahələrdə əməkdaşlığımızın bütün potensialını üzə çıxarmağa davam edə bilərik.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Həmçinin Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbriklərimi, tərəqqi və firavanlıq arzularımı yetirirəm.

Bu əlamətdar gündə nəinki möhkəm dostluq münasibətlərinə, həm də bir çox regional və qlobal məsələlərdə ortaq baxışa malik olan ölkələrimiz arasında əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinə sadiqliyimi bir daha bildirirəm.

Getdikcə mürəkkəb və qeyri-sabit olan qlobal mühitlə, beynəlxalq nizama ardıcıl təhdidlərlə üzləşdiyimiz bir vaxtda Portuqaliya və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edildiyi kimi, sülh, demokratiya, çoxtərəflilik, dialoq və insan hüquqlarına hörmət kimi ümumi dəyərlərimizin qətiyyətlə müdafiəsi və təşviqinə verdikləri önəmi vurğulayıram.

Cənab Prezident, Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

DİGƏR Xəbərlər Arxiv