Xəbərlər
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 1 saylı körpələr evi ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 1 saylı körpələr evi ziyarət olunub.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Gülbəniz Əliyeva, 1 saylı körpələr evinin direktoru Dürdanə Budaqova balacaları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı və diqqətlə yanaşdığını, Prezident İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini bildiriblər.
Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edilib.