YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur Mənbəyimiz

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan Silahlı Qüvvələri 107-ci ildönümünü yüksək döyüş hazırlığı, milli ruh və böyük qürur hissi ilə qarşılayır. Bu gün Azərbaycan Ordusu yalnız hərbi güc simvolu deyil, həm də xalqın güvənc yeri, dövlətin qüdrətinin təcəssümüdür. Uğurlu islahatların, mütəşəkkil strategiyanın və uzaqgörən liderliyin nəticəsi olaraq bu gün ordumuz Cənubi Qafqazın ən güclü hərbi qüvvəsi hesab olunur.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Dərin strateji baxış və müdrik qərarlarla qısa müddətdə ordu quruculuğunda əsaslı dönüş yaradıldı. Məhz onun 1998-ci il 22 may tarixli fərmanı ilə 26 İyun – Silahlı Qüvvələr Günü kimi təsis olundu və bu tarix hər il xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur.Bu gün də Ümummilli Liderin başladığı ordu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir tələblərə cavab verən, yüksək peşəkarlığa malik, döyüş qabiliyyətli və vətənpərvərlik ruhunda formalaşan bir qüvvəyə çevrilmişdir. Azərbaycan əsgəri bu gün yalnız silahı ilə deyil, ruhu ilə də güclüdür.

Azərbaycan Ordusunun şanlı Zəfəri – 44 günlük Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, xalqın birliyi və ordumuzun qəhrəmanlığı nəticəsində 30 ilə yaxın müddət işğal altında qalan torpaqlarımız azad edildi. Ordumuz bu döyüşlərdə yüksək peşəkarlıq nümayiş etdirdi, dünya hərb tarixinə düşəcək taktiki uğurlarla düşməni məğlub etdi, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu.Bu müqəddəs savaşda şəhid olan əsgər və zabitlərimizin qəhrəmanlığı xalqımızın yaddaşına əbədi həkk olundu. Onların şücaəti bu gün azad nəfəs aldığımız yurdumuzun hər qarışında yaşayır. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Ordumuzun göstərdiyi igidlik sayəsində Azərbaycan xalqı artıq əmindir ki, ölkəmizin təhlükəsizliyi etibarlı əllərdədir.

Azərbaycan Ordusunun inkişafı bu gün də dövlətin prioritet istiqamətlərindən biridir. Ordumuz ən müasir texnika və silahlarla təchiz olunur, hərbi hissələrimiz beynəlxalq standartlara uyğunlaşdırılır. Xüsusi təlimlər, hərbi əməkdaşlıq proqramları və innovativ yanaşmalar ordunun döyüş gücünü daha da artırır. Təsadüfi deyil ki, dünya dövlətləri bu gün Azərbaycan Ordusunu regionun ən güclü ordusu kimi tanıyır və hörmətlə yanaşır.Bu qürur dolu tarix və bu günümüzü mümkün edən əsas amil – güclü liderlik, xalq-ordu birliyi və mütəşəkkil dövlət siyasətidir. Azərbaycan Ordusu bu gün yalnız hərbi uğurların deyil, həm də milli dirçəlişin, xalqın birliyinin və dövlətimizin suverenliyinin rəmzinə çevrilmişdir.

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan əsgərinə, ordumuza və dövlətçiliyimizin keşiyində dayanan hər kəsə sonsuz təşəkkür və ehtiramımızı bildiririk. Qoy ordumuzun gücü, xalqımızın birliyi və dövlətimizin möhkəmliyi daim olsun!

DİGƏR Xəbərlər Arxiv