YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rüfət Muradov, İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev və digərləri çıxış ediblər.                                             

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ana dilimizi milli dövlətçiliyin əsas atributlarından biri kimi dəyərləndirmiş, onun qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə olan sonsuz məhəbbətinin bariz nümunəsidir. Qeyd olunub ki, bu siyasi kurs bu gün İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması, informasiya məkanında düzgün və səlis istifadəsi, latın qrafikalı əlifbanın tətbiqinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının sərəncamları ilə Azərbaycan dilinin elektron resurslarda geniş istifadəsi, terminologiyanın zənginləşdirilməsi və ədəbi dil normalarının qorunması sahəsində mühüm layihələr reallaşdırılıb.

Çıxışlardan sonra yubiley yaşları tamam olan ərazi partiya təşkilatlarının sədrlərinə və partiya üzvlərinə hədiyyələr təqdim olunub. Partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri verilib.