Xəbərlər
Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək dövlət qulluğunun inkişafında peşəkar kadrların rolundan danışıblar.
Qeyd olunub ki, ölkəmizdə dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncam və fərmanarın müstəsna rolu var. Ulu Öndərin bütün sahələr üzrə siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev müasir dövlət qulluğu sisteminin uğurla inkişafını daim diqqət mərkəzində saxlayır.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusu fəxri fərmanla təltif edilib.