YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

26 İyun - Silahlı Qüvvələr Gününü Azərbaycan  xalqı artıq  beş  ildir ki,  qalib millət, qalib dövlət kimi qeyd edir. Təbii ki, bu Zəfərə görə   hər birimiz   Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman əsgərlərimizə, qazi və şəhidlərimizə borcluyuq. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  2020-ci ildə 44 günlük Vətən müharibəsində, keçirdiyi antiterror əməliyyatı nəticəsində  Azərbaycan ordusu düşməni məhv edərək, 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ölkəmizin ərazi bütövlüyümüzü, suverenliyi bərpa edildi.

107 il öncə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə-Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun  Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən   sonra ölkəmizə rəhbərlik edənlərin bacarıqsızlığı, səriştəsizliyi və xəyanəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, ölkə vətəndaş qarşıdurması ilə üz-üzə qaldı, Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi yarandı. Belə  çətin, ağır bir zamanda  xalqın istəyi, arzusu, təkidlı tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə nizami ordu quruculuğu prosesini reallaşdırmaq və eyni zamanda ölkədə sabitliyə nail olmaq üçün 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı və bununla da bu proses daha da sürətləndi.

Ümummmilli liderimiz Heydər Əliyev hələ Sovet dönəmində də ölkəmiz üçün misli görülməmiş xidmətləri olmuşdur. Bunlardan ən mühümü  1971-ci ildə Bakıda məşhur Azərbaycan sərkərdəsi Cəmşid Naxçıvanski adına hərbi kadrlar hazırlayan məktəbin yaradılmasını qeyd etmək olar.

Ulu öndər siyasi kursunu uğurla davam etdirən  prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Ordusu  tamamilə yeni mərhələyə qədəm qoydu.

Prezident, Ali Baş Komandan,cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz   bu ali diqqət və qayğının nəticəsidir ki, bu gün  Azərbaycan Silahlı   Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer alır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə - Qarabağ Zəfəri Ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.  Eyni zamanda 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur, bu Ordu ildən-ilə güclənir və daha da mütəşəkkilləşir.

Bu günkü müstəqil qalib Azərbaycan, onun qüdrətli ordusu məhs müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə nizami ordunun təməlini qoyan Heydər Əliyevin görmək istədiyi kimidir.

Qalib xalq olaraq qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, qüdrətli ölkəmizlə, tarixi Zəfəri bizə bəxş edən Prezidentimiz İlham Əliyevlə, rəşadətli ordumuzla fəxr edirik.