YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə görüş keçirilib.

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan bəhs edib. O, Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafının bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu xüsusi qeyd edilib.

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən, yubiley yaşında olan bir qrup partiya veteranına fəxri fərman təqdim olunub.