YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri “Əkinçi” qəzetinin nəşri ilə əsası qoyulan milli mətbuatın keçdiyi şərəfli inkişaf yolundan danışıblar. Natiqlər Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında, söz və mətbuat azadlığının təminində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd ediblər: “1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə milli mətbuatın inkişafında yeni mərhələ açıldı. 1998-ci ildə dövlət senzurasının ləğvi söz və mətbuat azadlığının təmininə güclü təkan verdi. Bu gün isə Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirilir, mətbuat  nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır”.

DİGƏR Xəbərlər Arxiv