YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Şəmkir rayonunda 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və dövlət dili statusu qazanması uğrunda tarixi rolundan danışıb. O bildirib ki, Ümummilli Lider bütün süni məhdudiyyətlərə baxmayaraq, ana dilimizin qorunması naminə ardıcıl və prinsipial mövqe sərgiləyib: “1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dahi şəxsiyyət milli-mənəvi dəyərlərin, o cümlədən ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib”.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında qeyd edib ki, müstəqilliyin bərpasından sonra latın qrafikalı Azərbaycan əlifbasına keçid zəruri və strateji qərar idi. Vurğulanıb ki, Ulu Öndərin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olunub. Həmin Fərmana əsasən dilimizə olan dövlət qayğısı hüquqi və ideoloji səviyyədə daha da gücləndirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və digər çıxış edənlər də Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində Ümummilli Liderin xidmətlərini xüsusi vurğulayıblar. Bildirilib ki, Heydər Əliyev ana dilini yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin və dövlətçiliyin əsas dayağı kimi qəbul edib. Bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin bədii hissəsində məktəblilər və azyaşlı uşaqlar ana dilimizə həsr olunmuş şeirlər, rəqs nömrələri və musiqili kompozisiyalarla çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv