Xəbərlər
Bərdədə şəhid övladları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni dərs ilinin başlanması münasibətilə şəhidlərin əmanəti olan azyaşlı uşaqlar və onların ailələri ilə görüş keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək məktəbliləri yeni dərs ili münasibətilə təbrik edib. O vurğulayıb ki, xalqımız şəhid övladları ilə qürur duyur: “Onların əldə etdikləri hər bir uğur bizdə fəxarət hissi doğurur. Bu gün şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.
Ərazi Partiya Təşkilatının sədri Məhərrəm Şəfiyev də məktəblilərə uğurlar arzulayaraq bildirib ki, bu kateqoriyadan olan şəxslərə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən hərtərəfli dəstək göstərilir.
Şəhid ailələri ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Şəhid övladları isə Vətənə və qəhrəman atalarının xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə məktəblilərə geyim formaları və çantalar hədiyyə edilib. Sonda xatirə şəkli çəkdirilib.