Xəbərlər
Şabranda ali məktəblərə yüksək nəticələrlə qəbul olunan tələbələrlə görüş keçirilib

Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının inzibati binasında cari ildə rayon üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirib.
Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov da iştirak edib.
Millət vəkili tələbələri təbrik edərək, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb. Qeyd olunub ki, savadlı, intellektual, dövlətinə və xalqına bağlı, vətənpərvər gənclərin yetişməsi ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.