YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tərəfindən Sərkar kənd ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və türk dünyası” mövzusunda tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, türk dünyası ilə əlaqələrin inkişafına da xüsusi önəm verib. Onun sözlərinə görə, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan türk dövlətləri ilə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığını genişləndirərək regionda mühüm tərəfdaşlıq platformasına çevrilib.

G.Bayramov vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsinə öz töhfəsini verməkdədir.

Daha sonra tədbirdə çıxış edən Samux rayon Ağsaqqallar Şurasının üzvləri Təhmasib Əliyev, Gülağa Hüseynov, eləcə də fəal partiya üzvləri Sevda Binnətova, Fidan Xəlilova və Rəqiyyə Hüseynova Ümummilli Lider Heydər Əliyevin türk dünyasının inteqrasiyası istiqamətində gördüyü işlərdən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, onun təşəbbüsü ilə formalaşan əməkdaşlıq prinsipləri bu gün türk dövlətləri arasında qarşılıqlı etimadın və birliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Eyni zamanda vurğulanıb ki, Ulu Öndərin ideyaları əsasında qurulan müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək beynəlxalq aləmdə nüfuzunu artırır və türk dünyasında mövqeyini möhkəmləndirir.

DİGƏR Xəbərlər Arxiv