Xəbərlər
Gəncədə partiya veteranları ilə görüş keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında yubiley yaşı tamam olan bir qrup partiya veteranları ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyasının uğrlarından danışıb. Bildirib ki, partiyanın veteran üzvləri daim dahi rəhbər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirib, partiyaya bağlılıqlarını əməli fəaliyyətləri ilə təsdiq ediblər. Qeyd edib ki, partiya veteranları YAP Gəncə şəhər təşkilatının və şəhərin ictimai-siyasi həyatında hər zaman yüksək fəallıq nümayiş etdirb, zəngin təcrübələri ilə çoxsaylı nailiyyətlər əldə edib, gənc nəsil üçün nümunə olublar.
Veteran partiyaçılar Müsəllim Hüseynov, Elçin Xəlilov, Səyyaf Ələkbərov, Vaqif Xəlilov, Nazim Kərimov, Yusif Zeynalov, Təranə Ələsgərova, Nürəddin Hüseynov, Əhməd Əhmədov, Mənzər İsmayılova, Qasımov Əli, Tamaşa Həsənova, Asif Axundov,Yusif Hümbətov, Cəfər Həsənov, Nizami Allahverdiyev, Mirəli Seyidov çıxış edərək partiyanın yarandığı ağır və çətin dövrlərdən bəhs ediblər. Partiya veteranları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını fəxrlə qeyd ediblər.
Daha sonra YAP Gəncə şəhər təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə partiya veteranları fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Sonda xatirə şəkli çəkdirilib.
