Xəbərlər
Tərtərdə ƏPT sədrləri və partiya veteranları görüş keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında ərazi partiya təşkilatlarının sədrləri və partiya veteranları ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, yeni dəyərlər yaradaraq siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa, suverenliyini tam təmin etmiş dövlət kimi beynəlxalq aləmdə mühüm aktora çevrilib.
E.Əsədov partiyanın veteran üzvlərinin dövlətimizin inkişafı yolunda göstərdikləri əvəzsiz xidmətlərdən, həmçinin Heydər Əliyev irsinin öyrənilməsi və təbliğindəki mühüm fəaliyyətlərindən bəhs edib. Qeyd edib ki, partiya veteranları Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqlənirlər.
Görüşdə ərazi partiya təşkilatlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə ətraflı müzakirələr aparılıb.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə partiya veteranları fəxri fərman və hədiyyələrlə təltif olunublar.
