Xəbərlər
Prezident İlham Əliyev Səlim bin Məhəmməd əl-Malikin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Səlim bin Məhəmməd əl-Malikin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib.