Xəbərlər
Zaqatalada 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Zaqatalada 27 sentyabr – Anım Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbir əvvəlcə şəhidlərin məzarlarının ziyarəti ilə başlayıb, üzərinə gül dəstələri düzülüb. Həmçinin, Zəfər abidəsi və Şəhidlər Kompleksi ziyarət olunaraq, şəhidlərin ruhuna dualar oxunub.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin 5-ci ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu, onların göstərdiyi qəhrəmanlığın daim yaddaşlarda yaşayacağını bildirib.
Milli Məclisin deputatı Asif Əsgərov çıxışında şəhid və qazilərin Vətən müharibəsində göstərdiyi fədakarlıqdan danışıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdüri Anar Seyidov, Milli Məclisin deputatı Azər Kərimli, şəhidin həyat yoldaşı İnci İsayeva, şəhid anası Tahirə Məmmədova və Vətən müharibəsi iştirakçısı Tural Həsənovda öz çıxışlarında şəhidlərin müqəddəs ruhuna ehtiramlarını bildirərək, onların hər bir azərbaycanlı üçün şərəf və qürur mənbəyi olduğunu söyləyiblər.
Saat 12:00-da rayon ictimaiyyəti ilə birlikdə şəhidlərin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad olunub. Millət vəkili, həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib.