YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə şəhidlərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı aparatının kollektivi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə mülki şəhidlərin kompleksi önünə tər qərənfillər düzüb.

Rayon təşkilatının nümayəndələri bütün şəhidlərin, o cümlədən sıralarında şəhid müəllim Fuad İsmayılovun da yer aldığı şəhid müəllimlərin xatirəsini ehtiramla yad edib.

Mərasimdə mülki şəhid Fuad İsmayılovun qardaşı, Zümürxan kənd tam orta məktəbin müəllimi Murad İsmayılov da iştirak edib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, mənfur düşmən işğal dövründə mütəmadi olaraq beynəlxalq hüquq və normalara zidd şəkildə amansız terror aktları törədib, həmçinin dinc əhalini hədəfə alıb: “Bütün şəhidlərin, həmçinin Ermənistanın Bərdəyə atdığı “Smerc” tipli raket-bomba nəticəsində həlak olmuş günahsız insanların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Bərdədəki terror qurbanlarından biri də Bərdə şəhər 1 saylı tam orta məktəbin müəllimi olmuş şəhid Fuad İsmayılovdur. O, pedaqoq olduğu üçün Beynəlxalq Müəllimlər Günü münasibətilə xüsusi olaraq yad edilir”.

Murad İsmayılov bütün şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Sonda Bərdə terror qurbanlarının xatirəsinə salınmış kompleksin önündə xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv