Xəbərlər
Şəhidlərin xatirəsi ehtiramla anılır

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Ələkbərov Telman İqdam oğlu, Məmmədli Sübhan Səbuhi oğlu, Bababəy Şamil Nazim oğlu və Səmədov Məhəmməd Niman oğlunun ildönümləri münasibətilə anım tədbirləri keçirilib.
Əvvəlcə Vətənin qəhrəman övladlarının məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi Rahim Budaqov, Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Telman Ələkbərov Ağdam rayonu, Şamil Bababəy Ağdərə rayonu, Sübhan Məmmədli və Məhəmməd Səmədov isə Füzuli rayonu istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.