YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Noyabrın 30-dan dekabrın 4-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda NATO-nun 2-ci regional kollektiv təlim planlaşdırma kursu, noyabrın 30-dan dekabrın 5-dək Belqradda ATƏT-in nazirlər şurasının növbəti görüşü keçiriləcək. Həmçinin noyabrın 30-dan dekabrın 11-dək Çexiyanın Vişkov şəhərində sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.