YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Azərbaycanın əlverişli coğrafi mövqeyi, dinamik inkişaf xarici sərmayədarlar və miqrantlar üçün cəlbedici mühit formalaşdırıb

«Bu gün dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. İstehsal olunan ümumi daxili məhsulun təxminən onda biri miqrantların payına düşür. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədilə tərk edib. Ümumilikdə miqrant işçilər ailə üzvləri ilə birlikdə beynəlxalq miqrantların 90 faizi qədərdir». Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, miqrantlar əsasən inkişaf etmiş ölkələrə üz tuturlar. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi, siyasi sabitlik, dinamik inkişaf, tolerant cəmiyyət, beynəlxalq əməkdaşlığın geniş vüsət alması ölkəyə kapital axınını sürətləndirib, xarici sərmayədarlar və miqrantlar üçün cəlbedici mühit formalaşdırıb.
«Son illər miqrasiya siyasətini ölkənin iqtisadi inkişafının milli maraqlarına və tendensiyalarına uyğunlaşdırmaq məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, 2014-cü il fevralın 28-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb. Ölkədə miqrasiya ilə bağlı problemlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisində də müzakirə edilib. AHİK-in irəli sürdüyü bir sıra təkliflər Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası ilə bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapıb. Miqrasiya siyasətinə dair işçi qrup, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının uzunmüddətli Fəaliyyət Proqramı yaradılıb. İllik hesabat sistemi tətbiq edilib və fəaliyyət göstərir. Bu hesabat sistemi proseslərə nəzarət etməyə, informasiya mübadiləsi aparmağa və müəyyən edilmiş fəaliyyəti, o cümlədən əmək miqrantlarının hesabına həmkarlar ittifaqlarının sıralarını genişləndirməyi planlaşdırmağa imkan verir»- deyə, S.Mehbalıyev vurğulayıb.