YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etimada əsaslanan siyasi dialoq davam etdirilməlidir

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edərkən Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğuladı. Bu ilin iyununda Almaniyaya uğurlu səfərini və eləcə də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Varşavadakı görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu dedi. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd etdi. Almaniyanın çoxlu şirkətlərinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizin alman şirkətlərinin Azərbaycanda təkcə kontraktor kimi deyil, eləcə də investor kimi çalışmalarında maraqlı olduğunu bildirdi. Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.