YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi ekspert: Ermənistan işğala son qoymadıqca cəbhədəki itkiləri daha da artacaq

Ermənistan işğala son qoymadıqca cəbhədəki itkiləri daha da artacaq.

Bu fikri hərbi ekspert, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev cəbhə xəttində Ermənistan ordusunun itkiləri barədə məlumatları AZƏRTAC-a şərh edərkən bildirib.

Ermənistan mətbuatının qısa müddətdə cəbhə xəttində ermənilərin üç hərbçini itirməsi barədə məlumat yaydığını vurğulayan M.Hadıyev qeyd edib: “Həmişə olduğu kimi, Azərbaycan Ordusu yenə də təxribat törədən düşmənə layiqli cavab verərək onu itkilərə məruz qoyub. Ermənilər anlamalıdırlar ki, bu vəziyyət torpaqlarımızın işğalına son qoyulanadək və təxribatlar törədildiyi müddətdə davam edəcək. Artıq biz bunun şahidiyik və Ordumuza güvənirik. Ermənilər şübhə etməsinlər ki, hər bir əsgərimizin qisası tezliklə və artıqlaması ilə alınacaq”.