YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suşma Svaraj: Azərbaycan ilə Hindistan arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur

Azərbaycan Respublikası və Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov hindistanlı həmkarına ünvanladığı məktubunda qarşılıqlı etimad və anlaşmaya, beynəlxalq təşkilatlarda dəstəyə söykənən iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Hindistanın xarici işlər naziri Suşma Svaraj Elmar Məmmədyarova göndərdiyi məktubunda iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni və insanlararası təmaslar daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığın ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.