YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Məmmədov: Azərbaycan bir neçə ölkəyə ixrac missiyaları təşkil etməyi planlaşdırır

«Azərbaycan 2017-ci ildə bir neçə ölkəyə ixrac missiyaları təşkil etməyi planlaşdırır». Bu fikri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

R.Məmmədov bildirib ki, cari ildə bir sıra ölkələrə ixrac missiyaları təşkil olunub. Daha beş missiyanın təşkil edilməsi planlaşdırılır. O, 2016-cı ildə ölkəmizin Çinə iki, Birləşmiş Ərəb Əmirliklərinə bir ixrac missiyası təşkil etdiyini xatırladıb.

«İxrac missiyalarının aprel ayında Qazaxıstana, mayda Rusiyaya, iyunda ABŞ-a və Çinə təşkil edilməsi nəzərdə tutulub»- deyə, R.Məmmədov qeyd edib.