YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nasir Əbdül Kərim: Turizmin inkişafı ölkə iqtisadiyyatına ən böyük yatırımdır

“Bakıda keçirilən şopinq festivalı Azərbaycana bir çox mənada səmərə gətirəcək”.

Bu sözləri Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.

Diplomat bildirib ki, bu festival Azərbaycanda beynəlxalq brendlər arasında rəqabəti daha da gücləndirəcək. Eyni zamanda, yerli və xarici alıcıların Azərbaycandakı ticarət mərkəzlərinə və mağazalara marağı artacaq. Festivalın ənənəvi olaraq, hər il keçiriləcəyini nəzərə alsaq, əminliklə demək olar ki, bu alıcılar Azərbaycandakı mağazaların daimi müştərilərinə çevriləcəklər.

Nasir Əbdül Kərim hesab edir ki, turizmin inkişafı ölkə iqtisadiyyatına ən böyük yatırımdır: “Turistlərin gəzmək üçün daim sabit və gözəl şəhərlər axtardıqlarını nəzərə alaraq deyə bilərik ki, bu baxımdan Bakı misilsizdir. Şopinq festivalı Azərbaycana daha çox turist cəlb etməklə yanaşı, bu sahədə xidmətlərin keyfiyyətini də yüksəldəcək. Ölkə iqtisadiyyatına ciddi səmərə verən belə bir addımı yalnız alqışlamaq olar”.

DİGƏR Xəbərlər Arxiv