YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin ali nümayəndəsi: Mədəniyyətlərarası dialoqun inkişafı zorakı ideyaların aradan qalxmasına imkan verir

Mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına imkan verir.

Bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, mədəniyyətlərarası dialoq dünyada sülhə və barışığa nail olmağa imkan yaradır:

"Bu gün mədəni müxtəlifliyə hörmət etmək, birgəyaşayış çox mühümdür. "Bakı prosesi" belə bir platformanın yaranmasına imkan verir. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu müasir dünyamızın mühüm amilinə çevrilib".

BMT-nin ali nümayəndəsi bildirib ki, mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına şərait yaradır:

"İnanıram ki, builki forumda da bu və digər istiqamətdə mühüm müzakirələr aparılacaq. Azərbaycan bu gün dünyada mədəniyyətlər və dinlərarası dialoqun inkişafına mühüm töhfə verir və bu forumda iştirak etdiyimə görə çox şadam".