YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib

Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə iyulun 15-də Vyana şəhərinin mərkəzində yerləşən Vyana Dövlət Operasının önündə Ermənistanın növbəti təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə əlaqədar etiraz aksiyası keçirilib.

Avstriyada yaşayan Azərbaycan və türk diaspora fəallarının iştirakı ilə keçirilən aksiyada şəhər sakinləri və turistlərə alman və ingilis dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu siyasətin törətdiyi fəlakətlər və regionun təhlükəsizliyi üçün doğurduğu fəsadlar barədə məlumat veriblər. Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heç bir atəş nöqtəsinin olmadığı mülki yaşayış məntəqələrinin, dinc əhalinin atəşə tutulması ən qatı cinayət əməlidir, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu vəhşilik aktına birmənalı münasibətini bildirməlidir.

Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Tədbirdə “Erməni işğalına son”, “Qarabağa ədalət” və “Mən Zəhrayam” kimi şüarlar səsləndiriblər.

Aksiyanın sonunda Azərbaycanın Avstriyadakı səfirliyini ziyarət edən aksiya iştirakçıları səfirlik qarşısına gül və əklillər qoyublar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olmuş soydaşlarımızın xatirəsini sükutla yad ediblər.

DİGƏR Xəbərlər Arxiv