YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: 15 sentyabr 1918-ci ildə Bakının erməni daşnaklarından azad edilməsi Azərbaycan tarixinin ən şanlı, ən böyük hadisələrindən biridir

«15 sentyabr 1918-ci ildə Bakının erməni daşnaklarından azad edilməsi Azərbaycan tarixinin ən şanlı, ən böyük hadisələrindən biridir».  Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, bu hadisə şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Azərbaycan paytaxtının azərbaycanlılara qaytarılması demək idi. Onun sözlərinə görə, Bakının daşnaklardan azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq, igidlik göstəricisidir.

«Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən iki generalımız - Əliağa Şıxlinski və Səmədbəy Mehmandarov çox böyük rol oynadı. Bakını azadetmə əməliyyatında bizim Həbibbəy Səlimov kimi igidlərimiz, bütövlükdə Bakı əhalisi  çox ciddi fədakarlıq nümayiş etdirdi»- deyə, institutun direktoru vurğulayıb.