YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı  11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində partiyamızın Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini başa çatdırıb.

YAP Göygöl rayon təşkilatının seçki qərargahının 12 nəfər imzatoplayan fəalı 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə yaşayan sakinlərdən 600 imza toplayıb. Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib.