YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ səfiri: Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır

"Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır".

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik missiyasının başa çatmasına həsr olunan (AmCham) aylıq işgüzar şam yeməyində bəyan edib.

O deyib ki, Azərbaycanın coğrafi mövqeyi və enerji ehtiyatları təkcə regionun yox, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır:

"Bu, həm də digər amillər Azərbaycanın beynəlxalq arenada çəkisini artırır".