YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatı rayonun Təzəkənd və Talıstan kəndlərində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində İsmayıllı rayonunun gəncləri, eləcə də, rayonun Təzəkənd və Talıstan kəndlərində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirdi ki, bu gün respublikamızda Prezidenti İlham Əliyev tərəfindən uğurlu daxili və xarici  siyasət həyata keçirilir. Bu siyasətin davamlı olması üçün qarşıdan gələn seçkilərdə vətəndaşlar cənab İlham Əliyevə səs verməlidirlər.

Çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, AMEA Riyaziyyat İnstitununun direktoru Misir Mərdanov bildirdilər ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Tədbirdə çıxış edən seçicilər qeyd etdilər ki, bu seçkilərdə də Prezident İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağı heç kimdə şübhə doğurmur.İsmayıllı rayon sakinləri də  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyir və alternativsiz liderinə sevgisini, inamını seçki günü bir daha isbatlayacaq.