YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Markov: Seçkilər Azərbaycan xalqının siyasi iradəsini əks etdirir

Seçki prosesi çox yüksək səviyyədə təşkil olunmuşdu. Sechki-2018.az saytının məlumatına görə, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu seçkilər Azərbaycan xalqının siyasi iradəsini əks etdirir: “Exit-poll”un açıqladığı nəticələrə əsasən deyə bilərik ki, seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyev qalib olacaq və bu nəticə millətin iradəsini əks etdirir. Seçkilər Avropa Şurasının standartlarına uyğun şəkildə keçirildi. Ümumiyyətlə, bütün namizədlərə bərabər şərait yaradılmışdı. Mən uzun müddət Avropa Şurasının Parlament Assambleyasının nümayəndəsi olmuşam. Buna görə də əminəm ki, AŞPA-nın müşahidə missiyası seçkiləri demokratik hesab edəcək. Bütün müşahidəçiləri seçici fəallığı çox təəccübləndirdi. Artıq günün birinci yarısında məntəqələrdə növbə yaranmışdı. Təklif edirəm ki, gələn dəfə seçki məntəqələrinin sayı artırılsın”.

Rusiyalı politoloq Azərbaycanda keçirilən seçkilərin Rusiyada keçirilən prezident seçkilərinə bənzədiyini dilə gətirib. 

O söyləyib ki, hər iki ölkədə xalq tərəfindən sevilən prezident yenidən dəstəkləndi: “İlham Əliyevin belə yüksək göstərici əldə etməsinin ən əsas səbəbi ölkədə yaşayış səviyyəsinin yüksəlməsidir. Həm də Azərbaycan bu münaqişəli regionda stabil ölkə olaraq qalır. İnanıram ki, bu seçkilərdən sonra da Rusiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf edəcək".