YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Feyziyev: Azərbaycan problemin sülh və beynəlxalq qanunvericilik çərçivəsində həll olunmasını istəyir

«Dağlıq Qarabağ münaqişəsi baş verdiyi gündən Azərbaycan problemin sülh və beynəlxalq qanunvericilik çərçivəsində həll olunmasını istəyir. Azərbaycanın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasının iclasları keçirib və 1993-cü ildə bu Şura, Ermənistan hərbi qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilməmiş qalır. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün indiyə qədər öz doğma evlərinə qayıtmaq imkanını gözləyir». Bu fikirləri Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, status-kvonu qəbuledilməz hesab etməsinə baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunmasına məsul olan ATƏT-in Minsk qrupu da ötən 25 il ərzində vəziyyəti dəyişə bilməyib. Onun sözlərinə görə, bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğala son qoymağa inandırmağa cəhd göstəriblər.

«Lakin Ermənistan bütün həll yollarından imtina edir. Hər dəfə beynəlxalq təşkilatlar yeni sülh təklifləri irəli sürdükdə Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir və problemin sülh yolu ilə həllini təxirə salmaq üçün bu vəziyyətdən sui-istifadə edir. Hüquqi baxımdan bu region Azərbaycanın tərkib hissəsidir və təəssüf ki, hal-hazırda Ermənistanın işğalı altındadır. İşğal faktı BMT, Aİ, AP, AŞPA daxil olmaqla bir çox beynəlxalq təşkilatların qətnamələri ilə təsdiqlənib. Nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin bütün hüquqi vasitələrdən istifadə edəcəyini və bu kiçik, lakin strateji əhəmiyyətli regiona yubanmış sülhün gətirilməsi üçün səy göstərəcəyini gözləyirik. Hər şeydən əvvəl, bu, doğma torpaqlarına qayıtmaq həsrətində olan 1 milyon qaçqın və məcburi köçkün üçün həyati vacib məsələdir. İkincisi, Avropa və Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşən Qafqaz, bütün dünyanın marağında olan çox əhəmiyyətli coğrafi regiondur. Uzun sürən bu münaqişənin həlli regiona sülh, sabitlik və təhlükəsizlik gətirər, həmçinin bu həll oxşar münaqişələrə məruz qalmış digər ölkələr, məsələn, Gürcüstan, Moldova və Ukrayna üçün də bir örnək ola bilər»-deyə, C.Feyziyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv