YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir

Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir.

Bunu Pakistan mətbuatına müsahibədə Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə deyib.

O qeyd edib ki, Pakistan Ermənistanı tanımır və iki ölkə arasında diplomatik əlaqələr mövcud deyil:

“Pakistan və Azərbaycan qardaş ölkədir. Bizim münasibətlərimiz isti və səmimidir, etimad və hörmət üzərində qurulub. Biz sevinc və kədərimizi paylaşırıq”.

Səfir əlavə edib ki, Pakistanda fövqəladə hadisələr baş verəndə Azərbaycan hökuməti çevik reaksiya göstərərək yardım edib.

DİGƏR Xəbərlər Arxiv