YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə Bayraq günü münasibəti ilə möhtəşəm yürüş keçirildi

9 Noyabr Bayraq günü ilə əlaqədar Daskəsən rayonunda təntənəli yürüş keçirildi. Tədbir rayon ictimaiyyətinin böyük coşqusu və rəğbəti ilə qarşılandı.

Rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyəti və Daskəsən Rayon Icra Hakimiyyətinin məsul isçiləri əvvəlcə rayonun Bayraq meydanını ziyarət etdilər.

Daşkəsən Rayon Icra Hakimiyyətinin əməkdaşları Malik Ələsgərov, Ilhamə Bayramova, Elmar Əliyev və Azər Abdullayev əsgərlərin qarşısında nitq soyləyib, Bayraq gününün tarixindən və əhəmiyyətindən geniş söhbət açdılar ; Daşkəsən Rayon Icra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin adından tədbir iştirakçılarını təbrik etdilər.

Sonra yürüş iştirakçıları rayonun Şəhidlər xiyabanına baş çəkərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs məzarlarına tər qərənfillər düzdülər.

Daha sonra Şəhidlər xiyabanından başlayaraq Heydər Əliyev prospekti boyunca hərbi yürüş edən izdiham rayonun Heydər Əliyev meydanında yürüşü başa çatdırdı. Tədbir iştirakçıları həmçinin ümummilli lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri düzdülər.

Sonda hərbçilər ilə birgə Heydər Əliyev Mərkəzi qarşısında xatirə şəkli çəkildi.  

DİGƏR Xəbərlər Arxiv