YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi Fatma Yıldırım təbliğat kampaniyasının son günü Bərdə şəhərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Fatma Yıldırım təbliğat-təşviqat kampaniyasının son günü  Bərdə şəhərinin Həzi Aslanov, M.F.Axundov Ədalət Ədilov küçələrində fərdi evlərdə seçicilərlə görüşüb.

Böyük ruh yüksəkliyi ilə keçən görüşdə Fatma Yıldırım seçicilərə öz fəaliyyəti haqqında məlumat verib, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr islahatlarından, iqtisadi-siyasi islahatlardan danışıb.

Deputatlığa namizəd YAP-ın seçki proqramı haqqında da ətraflı məlumat verib, seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.

Görüşdə Fatma Vidadi qızı Yıldırımın fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən seçicilər dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.