YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov Qusarın Gilahoba kəndinin seçiciləri ilə görüşüb

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun Gilahoba kəndinin seçiciləri ilə görüşüb.

Görüşü YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib.

O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsinnən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.

Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edərək IV və V çağırışlarda Milli Məclisin deputatı olduğu dövrdəki fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.

Görüşdə iştirak edən YAP rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, seçicilərdən Bəşir Muradov və Camiddin Vələdov çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.