YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır

“Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Müvafiq beynəlxalq təşkilatların  seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə verdiyi tövsiyələrdən biri məhz medianın rolu ilə bağlıdır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, istər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. O ki qaldı, Azərbaycanda seçki prosesi KİV-lərə yaradılan şəraitə, tam əminliklə deyə bilərik ki, ölkəmizdə bütün seçki proseslərində mətbuat fəal iştirak edir. Bu da Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir.

“Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir. Bildiyiniz kimi Mərkəzi Seçki Komissiyası mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Seçki prosesini təkcə yerli mətbuat deyil, eləcə də beynəlxalq KİV nümayəndələrinin işıqlandırılması üçün eyni və hərtərəfli şərait yaradılır. Məhz bunun nəticəsi idi ki, parlament seçkiləri 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi tərəfindən işıqlandırılıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qaldı”-deyə, B.Quliyev söyləyib.

DİGƏR Xəbərlər Arxiv