YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: “Qarabağ”ın uğurları erməniləri qıcıqlandırıb

«Bütün dünya Avropa Liqasının qrup mərhələsində “İnter”lə oyunda Azərbaycanın “Qarabağ” klubuna qarşı edilən haqsızlığı gördü. Dünyanın ən məşhur idman nəşrləri bu haqda yazdı». Bu fikirləri SİA-ya açıqlamasında AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

 R.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də klubun heyətini qəbul edərkən “Qarabağ” klubuna qarşı ədalətsizlik olduğu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının “Qarabağ” klubunun heyəti  ilə görüşməsi böyük əhəmiyyət kəsb edir.

“Qarabağ”ın uğurları erməniləri qıcıqlandırıb. Ermənilər ona görə narahat idilər ki, “Qarabağ”” klubu qrupdan çıxanda adı bütün dünyada Azərbaycanla birlikdə çəkiləcəkdi, təbliğatı birə on artacaqdı. Ancaq “Qarabağ”” klubuna qarşı olunan haqsızlıq da bütün dünyada yayıldı və dünya mətbuatı Azərbaycanın “Qarabağ”” klubuna qarşı ədalətsizlikdən yazdı. Bütün dünyada bir daha “Qarabağ”ın adı Azərbaycanla birlikdə çəkildi. Bu da erməniləri qıcıqlandırdı. İndi onlar “Qarabağ””ın UEFA-ya etdiyi şikayətdən də narahat olurlar. Ona görə Avropada yaşayan erməni diasporu UEFA-ya sərsəm məktublar yazıb, həmişəki kimi həyasızcasına əsassız və məntiqsiz iddialar irəli sürürlər. Amma inanırıq ki, klubun müraciətinə baxılarkən ədalətli qərar veriləcək»- deyə, R.Əliyev qeyd edib.