YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxsin həlak olması, 3 nəfərin isə yaralanması ilə bağlı özünün "Twitter" hesabında paylaşım edib.

Prezidentin köməkçisi Ermənistanın humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürütdüyünü qeyd edib. O vurğulayıb ki, Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır.