YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Goranboy rayon Gənclər Birliyinin könüllüləri Qızılhacılı qəsəbəsində düşmən hücumundan zərər görmüş şəxsləri ziyarət ediblər

YAP Goranboy rayon Gənclər Birliyinin  könüllüləri Goranboy rayonunun Qızılhacılı qəsəbəsində erməni terrorçularının mülki əhaliyə atdığı raket zərbələrindən zərər görmüş şəxləri ziyarət ediblər. Könüllülər zərərçəkənlərin evlərində olub və dağıntıların təmizlənməsində sakinlərə kömək ediblər.

Bundan başqa könüllülər işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərin adları əks edilmiş siyahını əhaliyə paylayıblar.