YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir

«Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və mütəşəkkil siyasi təşkilatıdır». Bu fikri yap.org.az saytına müsahibəsində YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur.

«Gənclərimiz bu partiyanın üzvü olmaqdan qürur duyurlar. Partiyada gənclərimizin sayı 250 min nəfərə qədərdir. Bu, böyük potensiala malik olan gənclər ordusudur. Biz, ölkə gənclərinin mütləq  intellektual potensialını ətrafına toplayan YAP Gənclər Birliyi  olaraq, hər zaman ölkə Prezidentinin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyirik»- deyə, S.Orucov vurğulayıb.