YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: “Nizami Gəncəvi İli” Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfədir

Azərbaycan min illər boyu dünyaya mədəni nümunələr, mənəvi dəyərlər bəxş etmiş bir ölkədir. Xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustaları Nəsiminin, Nizaminin, Füzulinin irisinin, yaradıcılığının bəşər bədii nümunələrinin ön cərgəsində yer tutması, bu gün də akuallığını qoruyub saxlaması buna nümunədir.

Bunu Milli Məclisin deputatı Pərin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması heç də təsadüfi deyil.

Dövlət başçımızın sərəncamları ilə mütəmadi Azərbaycanda mənəvi dəyərlərin qorunması, dünyada təbliğ edilməsi ilə bağlı, eyni zamanda beynəlxalq mədəni aləmə, dünyaya töhfələr verən tədbirlər həyata keçirilir. Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı imzalanan Sərəncam 2021-ci ildə ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirən, yüksəkliklərə qaldıran Nizami Gəncəvi irsinin tədqiqinə və dünyada təbliğinə yeni çalarlar gətirəcək.

Qüdrətli söz ustasının 880 illik yubiley mərasimlərinin dövlət səviyyəyində keçirilməsi ölkəmizin mədəni həyatının əlamətdar hadisəsinə çevriləcək, dahi şairin adı ilə qoşa çəkilən qədim Gəncə şəhəri isə dünya, bəşər mədəniyyətinin, ictimaiyyətinin diqqət mərkəzində olacaq. “Nizami Gəncəvi İli” çərçivəsində dünyaşöhrətli şairin yubileyi ilə bağlı keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq, diqqəti mütəfəkkir şairin doğma şəhərinə, ömrü boyu ordan kənara çıxmadığı şəhərə yönəldəcək. O şəhərə ki, yola saldığımız 2020-ci ilin oktyabr ayında erməni vandalları tərəfindən dəfələrlə dünyada qadağan olunan raketlərlə atəşə tutuldu. Münaqişə zonasından kilometrlə uzaqda yerləşən Gəncədə dinc insanlar qətlə yetirildi, evlər yerlə yeksan edildi,körpələr atasız-anasız qaldı.

Ölməz əsərləri əsrlərdir insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət edən Nizami Gəncəvi yaradıcılığının işığına toplaşan hər kəz 44 günlük müharibə zamanı erməni terrorunun qurbanına çevrilən Gəncədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin şahidi olacaq. Bu da Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası, dünya miqyasında yayılması istiqamətində atılan adımlara töhfə kimi tariximizə yazılacaq.