YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının üzvləri şəhid Amin Əmiraslanovun ailəsini ziyarət edib

YAP Saatlı rayon təşkilatının üzvləri Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş rayonun Potubəyli kəndindən olan, YAP üzvü Əmiraslanov Amin Vaqif oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailə üzvülərinə yüksək hörmət və ehtiram ifadə olunub. Qeyd olunub ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqları azad edərək ölkəmizə şanlı qələbə sevinci yaşatdılar. Biz onlara hər zaman borcluyuq, Şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Şəhidin valideyinləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv