YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında “Xocalı soyqırımını unutma! ”adlı tədbir keçirilib

YAP Gəncə şəhər təşkilatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma! ”adlı onlayn tədbir keçirilib.

Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov tədbirdə çıxış edərək, Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin dahi rəhbər, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini qeyd edib.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə bu dəhşətli soyqırımının növbəti ildönümünün bu il fərqli şəkildə anıldığını vurğulayıb: “Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayan hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və qisasınız alındı deyir”.

YAP Gəncə şəhər təşkilatının Baş məsləhətçisi, dosent Hüseyn Budaqov çıxış edərək,“Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə təxəyyülün əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri Xocalı faciəsindən 29 il ötməsinə baxmayaraq xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirib.

ADAU- müəllimi Şəfa Musayeva, Xocalı faciəsinin şahidi Zülfü Quliyev, GDU-nun I kurs tələbəsi Xalidə Quliyeva və digərləri çıxış edərək, Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacağını qeyd ediblər.

Tədbirdə Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atıldığı da qeyd edilib. Bildirilib ki, həyata keçirilən ardıcıl, məqsədyönlü və sistemli tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa edilir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Xocalı soyqrımı, faciəsinin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.