YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının kollektivi şəhid Şixmir Ağamirovun məzarını ziyarət edib

Azərbaycan Ordusunun baş giziri, şəhid  Ağamirov Şixmir Qabil oğlu 5 aprel 1990-cı ildə Qusar rayonun Gican kəndində anadan olub. Baş gizir Şixmir Ağamirov Vətən müharibəsində qəhrəmanlıqla dolu döyüş yolunu keçib.

O, 7 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki,Vətən müharibəsinin şəhidi Şixmir Ağamirov "Qüsursuz xidmətə görə", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhidin Qusar şəhər Şəhidlər xiyabanında məzarını ad günündə onun ailə üzvləri və yaxınları ilə birlikdə YAP Qusar rayon təşkilatının kollektivi də ziyarət edib, şəhidin əziz xatirəsi yad olunub.